Ronaldo zorladığı deyilən qıza 375 min dollar verdi

Ronaldo zorladığı deyilən qıza 375 min dollar verdi

"Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo etiraf edib ki, onu zorlamada ittiham edən amerikalı model Ketrin Mayorqaya pul ödəyib.

K.Ronaldo qıza 375 min dollar verib, lakin zorlama ittihamlarını qətiyyən qəbul etmir.

K.Mayorqanın mətbuatda məhkəmə prosesini müzakirə etməməsi üçün futbolçu modelə pul ödəyib. K.Mayorqa bildirib ki, K.Ronaldodan bu pulları 2010-cu ildə alıb.

"Ronaldo Mayorqaya 375 min dollar ödəyib və hər iki tərəf həmin gecə baş vermiş hadisə haqqında məlumatı yaymamağa dair müqavilənin şərtini qorumaq barədə razılığa gəlib", - K.Ronaldonun işi üzrə məhkəmə sənədlərində deyilir. Bu sənədlər yenicə üzə çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...