Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir


“Azercell Telekom” MMCkorporativ müştəriləri üçün yeni nəsil “Biznesim İnternet Xətti”xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə Azercell müştərilərinərəqəmsal dünyada öz bizneslərinihər zamanonlayn saxlamağa yardım edəcək.

“Biznesim İnternet Xətti” xidmətisayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.

Şirkətin işləridaima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələriilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidmətiən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçünstandart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var:

• Ehtiyacınız olan sürət
5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçünən uyğunolanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək,idarəolunan portlar isətrafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.
• Etibarlı bağlantı
24/7 rejimində çalışan dəstək, monitorinqxidməti və ikilibağlantı sayəsindəiş prosesində vacib sayılan tətbiqlərhər zaman onlaynolacaq.
• Rəqabətdən kənar xidmət
“Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağıtəklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsiləötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərininisə sabitliyitəmin ediləcək.
“ Korporativ müştəriləmizəinnovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası vəTransformasiya proqramının hal-hazırda tam mərkəzindəyik” deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. “Xidmətlərimizin hüdudlarını genişləndirmək, Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızınəsas tərkib hissəsidir” - G. Chatzis vurğulayıb.
Xidmətə qoşulmaq üçü[email protected] poçt ünvanına müraciətinizi göndərə bilərsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...