Uels - Azərbaycan matçının hakimləri bəlli olub

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Uels - Azərbaycan matçının təyinatları bəlli olub.

Qarşılaşma Maltadan olan hakimlər briqadasına tapşırılıb. Referi Trustin Farruciya Kanna Alan Kamilyeri və Luke Portelli yan xətt hakimləri, Alan Mario Sant isə dördüncü hakim qismində yardımçı olacaq.

Finlandiyalı Jouni Hutia hakim-inspektor, İsveçli Kristian Valendar isə UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç sentyabrın 6-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Milli komandanın 3 gün sonra Xorvatiya ilə “Bakcell Arena”dakı qarşılaşması isə saat 20:00-a təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...