Keçmiş əri Britninin atasını uşağını döyməkdə ittiham etdi

Keçmiş əri Britninin atasını uşağını döyməkdə ittiham etdi

Dünyaşöhrətli pop ulduz Britni Spirsin keçmiş əri Kevin Federlayn müğənninin atası - 67 yaşlı Ceymi Spirsi 13 yaşlı nəvəsini döyməkdə və zor tətbiq etməkdə ittiham edib.

TMZ-nin xəbərinə görə, Kevin iddia edir ki, Ceymi uşağın yataq otağının qapısını sındıraraq, ona qarşı pis davranıb. Xoşagəlməz hadisə uşaqların anasının himayəsində olduğu gün, Britni və Kevinin ikinci oğlunun gözü qarşısında baş verib.

Federlayn hadisə barədə polisə məlumat verib. İşin təfərrüatı və uşağa hansı xəsarətin dəydiyi açıqlanmayıb.
Keçmiş əri Britninin atasını uşağını döyməkdə ittiham etdi

Kevin keçmiş qayınatasının əməlləri haqqında məhkəməyə müraciət etdikdən
bir neçə saat sonra Kaliforniya məhkəməsi Federlayna uşaqlara qəyyumluq hüququ verib.

Bundan əvvəl isə Britni ilə Kevin uşaqlar üzərində qəyyumluğu bərabər bölüşürdülər. İndi isə, Kevinin uşaqlar üzərindəki hüququ 70 faizdir.

Qeyd edək ki, Britni Spirs yaşadığı depressiyalar ucbatından sənətinə uzun fasilə verərək, psixiatrik xəstəxanada müalicə alır. O, hərdən sevgilisi Sem Asqari və uşaqları ilə görüşərək, birgə vaxt keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...