Həbib Nurməhəmmədov Porye ilə döyüş ərəfəsində güclü mühafizə olunur
Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirəcəyi döyüş astanasında güclü qoruma altında saxlanılır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə rusiyalı idmançının komandası məlumat yayıb. “Həbib silahlı şəxslər tərəfindən mühafizə olunan qapalı ərazidə yaşayır. Onu heç bir təhlükə gözləməsə də, bu, ona sakit şəkildə döyüşə hazırlaşması üçün lazımdır”, - deyə komandadan bildiriblər.
Dağıstanlı döyüş ustası 2018-ci ilin aprel ayında amerikalı El Yakvinta ilə mübarizədə çempionluq kəmərini qazanıb və oktyabrda irlandiyalı Konor Makqreqorla uğurlu döyüş keçirərək bu adı qoruyub. Ümumilikdə isə 30 yaşlı Nurməhəmmədov 27 qələbə qazanıb və bir dəfə də olsun məğlubiyyətə uğramayıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında maraqla gözlənilən döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində keçiriləcək.
670 dəfə oxundu