Azad Rəhimov Fransada Hüseynlinin WADA-nın İcraiyyə Komitəsinə üzvlüyünü dəstəklədi

Azad Rəhimov Fransada Hüseynlinin WADA-nın İcraiyyə Komitəsinə üzvlüyünü dəstəklədi

Fransanın Strasburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov 9 sentyabr tarixində ilk olaraq Avropa Şurasının mənzil-qərargahında təşkilatın Baş katibinin müavini, xanım Qabriella Battaini-Draqoni ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan və Avropa Şurası arasında gənclər və idman sahəsində formalaşmış geniş əməkdaşlıq münasibətlərinə nəzər salınıb və bu münasibətlərin daha da inkişafı istiqamətində gündəmdə dayanan müxtəlif mövzu və layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Azad Rəhimov Fransada Hüseynlinin WADA-nın İcraiyyə Komitəsinə üzvlüyünü dəstəklədi

Eyni zamanda, qarşıdan gələn dövrdə Azərbaycanın Avropa Şurası çərçivəsində gənclər və idman sahələri üzrə planlaşdırılan gələcək fəaliyyətinin yeni istiqamətləri də müzakirə edilib.

Bununla yanaşı, səfər çərçivəsində nazir Azad Rəhimov Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Avropadan olan üzvü mövqeyinə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynlinin namizədliyinin təqdimatı mərasiminə də qatılıb.

Əsasən, üzv dövlətlər üçün keçirilən bu tədbirdə daimi nümayəndə Fəxrəddin İsmayılovun açılış qeydlərinin ardınca nazir Azad Rəhimov ölkəmizdə idmanın inkişafı sahəsində işlər haqqında məlumat verib və əldə olunmuş nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb.

Nazir Respublikamızda antidopinq sahəsinə yetirilən diqqəti vurğulayıb, AMADA-nın dopinqlə mübarizə sahəsində qazandığı uğurlardan bəhs edib və üzv dövlətləri qarşıdan gələn günlərdə keçiriləcək seçkilərdə Azərbaycan namizədinə dəstək verməyə çağırıb.

Öz çıxışında AMADA-nın rəhbəri Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin İcraçı Komitəsinə namizəd kimi irəli sürdüyü platforma barədə maraqlı təqdimatla çıxış edib və qlobal səviyyədə dopinqlə effektiv mübarizə ilə bağlı düşüncələrini bölüşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...