“Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

“Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb.

Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan “Uşaq Qaynar Xətt” xidmətinə2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir.Müraciətlərin1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinəzənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatirladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən “Uşaq Qaynar Xətt” xidmətinin Göygölofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.

Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb.Həmçinin,“Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...