Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı
Erkən doğulan körpələrdə infeksiya riski, tənəffüs yolları, böyrək xəstəlikləri və zəif inkişaf etmiş orqan sistemləri ilə bağlı problemlərə rast gəlinir.
BAKU.NEWS xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov məlumat verib.
O bildirib ki, bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür:
“Ən çox problemlər məhz vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilir. Onlarda ilkin olaraq tənəffüs yolları və bətndaxili infeksiyalar üstünlük təşkil edir. Bundan başqa, yeni doğulmuşlarda doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya), irsi xəstəliklər, anadangəlmə qüsurlar və s. problemlər müşahidə edilir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır. Bunun səbəbi isə anaların hamiləlik müddətində həkimə müraciət etməməsi, zəruri olan yoxlamalardan keçməməsidir. Zamanında müraciət edilmədiyi üçün bu kimi problemlər və onların yaratdığı fəsadların qarşısını almaq mümkün olmur”.
R.Hüseynov deyib ki, son illərdə yeni doğulmuş körpələrdə müşahidə edilən xəstəliklərdə artım olmasa da, vəziyyət ötən illərdəki kimi stabildir:
“Tibbin inkişafı nəticəsində müəyyən xəstəliklərin artıq müalicəsi də mümkündür. Eyni zamanda, həkimlərimiz də xarici ölkələrdə təkmilləşmə kursları keçirlər. Həkimlərimizin öz ixtisasları üzrə peşəkarlaşmasına baxmayaraq, bu kimi problemlərdə analar özləri diqqətli olmalıdırlar. Çalışırıq ki, ümumiyyətlə, doğumlarda vaxtından əvvəl doğulanların sayı azalsın. Bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür”.
Onun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı ötən illlərə nisbətən azalıb:
“Ötən illərlə müqayisədə, doğuş zədələri, anadangəlmə qüsurlu körpələrin sayı azalsa da, asfiksiya, erkən doğum və ana bətnində infeksiyalara yoluxmadan sonra yaranan septiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər stabil olaraq qalıb”.
617 dəfə oxundu