Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırıldı

Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırıldı


Azərbaycan Milli Məclisinin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.

Parlamentdən verilən məlumata görə, bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək. Plenar iclasların tarixi və gündəlikləri iyun ayında müəyyənləşəcək. Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

APA.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...