Mütəmadi əfv fərmanları bəzi qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı - Səməd Seyidov

Mütəmadi əfv fərmanları bəzi qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı -


Bu gün Milli Məclisdə İnsan Hüquqları üzrə İşçi Qrupunun iclası keçirilib.

Trend-in məlumatına görə, iclası giriş sözü ilə açan qrupun həmsədri, Milli Məclisin deputatı Səməd Seyidov İşçi Qrupunun indiyə qədər fəaliyyətini yüksək qiymətləndirib.

S.Seyidov bildirib ki, bəzi qüvvələr insan hüquqları məsələsindən istifadə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə cəhd edirdilər: "Onların insan hüquqlarının müdafiəsi pərdəsi altında təzyiq cəhdləri gözümüzün qabağında olub, lakin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar, ölkə Prezidentinin mütəmadi əfv fərmanları həmin qüvvələrin əlindən Azərbaycana qarşı təzyiq alətlərini aldı".

S.Seyidov deyib ki, ümumiyyətlə, istər yeni demokratiyalarda, istər köhnə demokratiyalarda insan hüquqları ilə bağlı daim problemlər mövcud olub, bu gün də var: "Ona görə də bütün dövlətlər insan hüquqları məsələsini, bu yöndəki problemləri daim təhlil etməli və nəzərə almalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...