Osmanov nə vaxt deputat olacaq? - MSK açıqladı

Osmanov nə vaxt deputat olacaq? -


“90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı səsvermənin nəticələrinə dair DSK-nın və 40 məntəqənin protokolu, o cümlədən onlara əlavə olunan sənədlər iyunun 19-da Mərkəzi Seçki komissiyasına təqdim olunub”. Bu barədə AzVision.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

MSK rəsmisi qeyd edib ki, qanunvericiliyin tələblərinə görə, komissiya səsvermə günündən ən geci 20 gün sonra, yəni, iyulun 8-ə qədər Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayaraq seçkiyə yekun vuracaq: “Əgər seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı müraciət daxil olarsa, komissiya onlara tam baxdıqdan sonra prosesə yekun vuracaq. Müraciətlər daxil olmasa, proses tezləşdirilə bilər. MSK seçkiyə yekun vurduqdan sonra sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək. Konstitusiya Məhkəməsi isə sənədləri aldıqdan 10 gün sonra 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayaraq təsdiqləyəcək”.

Şöbə müdiri qeyd edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı hələlik heç bir şikayət və ya müraciət daxil olmayıb.

Qeyd edək ki, iyunun 18-də keçirilən təkrar seçkilərdə ilkin məlumata əsasən Yeni Azərbaycan partiyasının namizədi Cavid Osmanov 19 674 (85,56%) səslə qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
772 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...