AŞPA sədri Azərbaycan hakimiyyətini təriflədi

AŞPA sədri Azərbaycan hakimiyyətini təriflədi

"Məhbusların azadlığa buraxılması Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir" Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki ümumu vəziyyət haqqında danışarkən Azərbaycanda jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsini alqışladığını bildirib.

APA xəbər verir ki, P. Aqramunt bu il ərzində Azərbaycanda bir çox siyasi məhbusun azad edildiyini də vurğulayıb: "Bu, çox yaxşı təşəbbüsdür və Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir. İnsan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün biz Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdiririk". O, Azərbaycan da daxil olmaqla yanvar ayından bəri bir neçə ölkəyə səfər etdiyini bildirib: "Mənim gördüyüm odur ki, bütün bu ölkələrdə Avropa Şurasının rolu çox güclüdür və bu ölkələr də bizim təşkilatla əməkdaşlığı davam etdirmək istəyindədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...