"Putin Sarkisyandan torpaqları qaytarmığı tələb edib" - rus mediası

"Putin Sarkisyandan torpaqları qaytarmığı tələb edib"

Mayın 8-də keçirilmiş Avrasiya İttifaqı sammitində Kreml Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağı təklif edib

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Qəzet bildirib ki, Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır. Amma Azərbaycan isə Ermənistanın Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqların geri qaytarlırmasını əsas şərt qoyur.

“Dünya neft və qaz bazarlarına təsir etmək üçün yeni rıçaqlar əldə etmək baxımından Azərbaycan Rusiyaya çox lazımdır”,- deyə "Joxovurd" vurğulayır.

Dünən qəzet məsələni dəqiqləşdirmək üçün hətta Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib və məsələni dəqiqləşdirmək istəyib. Amma nazirlikdən qəzetə təhqiramiz cavab verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...