Unitaza yıxılıb xəstəxanalıq oldu - Suraxanıda

Unitaza yıxılıb xəstəxanalıq oldu -


Bakı sakini ayaqyolu çanağının (unitaz) üzərinə yıxılaraq ağır xəsarət alıb. Gundeminfo.az-ın "Report”un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Rəhimov Mehdi Valeh oğlu hamam otağında olarkən ayağı sürüşüb. O, ayaqyolu çanağının üzərinə yıxılıb. Nəticədə M.Rəhimov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...