Şəkidən, Mingeçevirdən Cocuq Mərcanlıya köçmək istəyənlər var

Şəkidən, Mingeçevirdən Cocuq Mərcanlıya köçmək istəyənlər var


Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçmək üçün bir çox bölgələrdən müraciətlər gəlməkdədir. Bu barədə Modern.az-a Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov bildirib.

Kənd rəsmisi deyib ki, müraciətlər çox olsa da, onların hamısına müsbət cavab verilmir:

“Müraciət edənlər çoxdur, amma onların hamısını yerləşdirmək imkanımız yoxdur. 400 təsərrüfat var, onları hara yerləşdirək?”.

X.Zeynalov deyib ki, əsasən Şəkidən, Mingəçevirdən, Cəbrayılın Soltanlı, Əmirvarlı kəndlərindən müraciətlər var:
“Bu sevindiricidir. Amma həlli mümkün deyil. Çünki öz sakinlərimiz tezliklə torpaqlarına qayıtmaq istəyirlər”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək.
Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...