Bakı meriyası «Azərbaycan» nəşriyyatının qarşısına parkomat qoyur
Jurnalistlər Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbasdan kömək istəyir…
Bu gün Bakı şəhər İH-nin işçiləri «Azərbaycan» nəşriyyatının qarşısına parkomat yerləşdirmək üçün təşrif buyurublar. Hazırda həmin ərazidə texniki işlər görməyə çalışırlar.
Məlum olduğu kimi, «Azərbaycan» nəşriyyatında ölkə KİV-lərinin çap və elektron media redaksiyalarında çalışan jurnalistlər yerləşir və onların sınıx-salxaq avtomobilləri nəşriyyatın qarşısında səhərdən axşama kimi dayanır. Çünki bura onların iş yeridir. Parkomatlarda isə saat hesabına vursaq, belə çıxır ki, jurnalistlər səhərdən axşama kimi avtomobillərini saxladıqlarına görə Hacıbəla Abutalıbovun Parkomat idarəsinə günə 12-16 manat ödəməlidir. Ayda 150-200 manat alan jurnalistin (əgər onu dha ala bilirsə) təkcə işə gəlməyinə və avtomobilini iş yerinin qarşısında saxlamasına görə bu qədər zibilə düşməsinə nə ad vermək olar?
İkincisi, məlum məsələdir ki, parkomatlar ictimai yerlərdə, xüsusən də istirahət yerlərində, paytaxtın ümumi yollarında quraşdırılır. «Azərbaycan» nəşriyyatı isə Dövlət müəssisəsidir və Prezident Administrasiyasının balansındadır. Əgər elədirsə, belə çıxır ki, Hacıbala Abutalıbov Prezident Adminstrasiyasının dja qarşısına parkomat qoya bilər.
«Azərbaycan» Nəşriyyatında işləyən jurnalistlər məsələ barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdan, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbasdan kömək istəyirlər və hazırda bir qrupp jurnalist məlum məsələ ilə bağlı müraciət hazırlayırlar.
888 dəfə oxundu