Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı ölüb

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

Xəstəxanadan məlumat təsdiqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...