Dünya böyük müharibənin astanasında: nədir hidrogen bombası?

Dünya böyük müharibənin astanasında: nədir hidrogen bombası?

Şimali Koreyanın həyata keçirdiyi son hidrogen bombası sınağı dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə qalması ilə nəticələnib. Diktator Kim Yonq-unun başçılıq etdiyi dünyanın ən sirrli ölkəsinin Yaaponiya üzərindən keçən ballistik raket etirazlara səbəb olub və müharibə ehtimalını gündəmə gətirib.

Amma bu Şimali Koreyanı qətiyyən narahat etmir. Hətta Kim Yonq-un setyabrın 9-da dünyanı təhdid edəcək yeni bir həmləyə hazırlaşır. Belə ki, həmin gün Şimali Koreyanın növbəti nüvə sınağını həyata keçirəcəyi deyilir.

Bu arada Kim Yonq-un dünyaya növbəti mesajını verib. Diktatorun çox sayda əsgərin önündə çəkilmiş fotoları ölkənin rəsmi xəbər agentliyi KCNA tərəfindən yayımlanıb. Siyasi şərhçilər onun bu addımını dünyaya mesaj kimi dəyərləndirib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın son addımlarını "çox təhlükəli" adlandırıb. "Twitter"dən açıqlama verən prezident "Şimali Koreyanın sözləri və addımları düşmənçilikdir və təhlükəli olmağa davam edir. Çin üçün də böyük təhlükə yaranıb. Və bunun qaynağı quldur bir dövlətdir. Şimali Koreya tək bir şeydən anlayır".

ABŞ müdafiə naziri Ceyms Mattisın münasibəti isə daha sərt olub. Nazir ölokələrinə və müttəfiqlərinə qarşı hər hansı bir təhlükə yaranacağı halda buna hərbi yolla cavab verəcəklərini bildirib: "Şimali Koreya təhdidlərə davam edərsə cavab verəcəyik. Çox sayda hərbi seçim imkanımız var. Bu barədə prezidentə məlumat vermişik.

Şimali Koreyanın hidrogen bombası sınağı zəlzələyə səbəb olub. Sakit okeanda - 10 km dərinlikdə 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bölgə ölkələri təkanlara bomba sınağının səbəb olduğunu açıqlayıb. Titrəyiş Çin, Cənubi Koreya və Yaponiyada hiss olunub. İlk takandan 8 dəqiqə sonra 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Nədir hidrogen bombası?


ABŞ-ın II Dünya Müharibəsi zamanı Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərinə atdığı atom bombaları 13-21 kilotonluq dağıdıcı gücə sahib idi. Nəticədə 200 min insan həyatını itirmişdi.

ABŞ 1952-ci ildə atom bombasından daha təsirli və dağıdıcı bir silah olan hidrogen bombasını yaradıb. İlk hidrogen bombası 1954-cü ildə Sakit okeandakı Marşal adalarına atılaraq sınaqdan keçirilib. Bu bomba Xiroşima və Naqasakiy atılan bombalardan 1000 qat daha dağıdıcı gücə sahib olub.

SSRİ-nin 1961-ci ildə sınaqdan keçirdiyi hidrogen bombası "Çar Bomba" isə 50 meqatonluq təsirə malikdir və ABŞ-ın Yaponiyada istifadə etdiyi atom bombaları ilə müqayisədə 3800 qat daha güclü idi. 1961-ci ilin 30 oktyabrında Qrinviç saatı ilə 08.30-da Yeni Novaya Zemlyada həyata keçirilən sınaq zaanı yaranan alov topu 965 km aralıdan görünüb.

Hidrogen bombamı nəzarətsiz enerji toplayan dağıdıcı nüvə silahıdır. Yüksək ölçüdə hidrogen bombasının partlama qüvvəsi hidrogen atomlarının helium atom qüvvəsinə çevirildiyi termonüvə reaksiyası nəticəsində yaranır. Hidrogen bombasının radioaktiv təsiri yoxdur. Amma bombanı işə salmaq üçün istifadə olunan atom bombasının təsiri var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
960 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...