Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb.

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev APA-ya açıqlamasında bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb. İdarə rəisi qeyd edib ki, bu da rəqəmlə 900-ə yaxın vətəndaşın diplomunun tanınmaması deməkdir: “İmtinanın səbəbləri əsasən vətəndaşların tədris dilini bilməməsi, öz ixtisasından heç bir məlumatın olmaması, eləcə də daxil olan sərhəd məlumatına əsasən verilmiş imtinalar, ixtisasların təhsil pillələri üzrə uyğunsuzluğu və digərləri daxildir. Təhsil müəssisələrini uğurla bitirən 60%-dən çox şəxsin diplomları isə ölkədə tanınıb”.

İdarə rəisi vurğulayıb ki, Azərbaycanın təhsil müəssisələrində keyfiyyət artdıqca xarici ölkələrə axın daha çox olacaq: “Lakin bizim vətəndaşlar anlamalıdır ki, xarici ölkəyə əsasən daha fərqli və yaxşı təhsil arxasınca getməlidirlər. Yalnız diplom əldə etmək məqsədilə xarici ölkəyə gedilən təhsilin nəticəsində həmin şəxsin diplomunun tanınmasında əngəllər yaranır. Nəticə etibarilə ictimaiyyətə bu rəqəmlər çatdırılır, orta məktəb məzunlarına daha diqqətli olmaları tövsiyə edilir. Ölkə üçün daha prioritet və vacib sahələrin seçilməsi onların gələcəkdə işlə təminatı, lazımi ixtisas sahibləri olması deməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...