Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır

Ağdərədə daha iki erməni hərbçisi yaralandı, vəziyyətləri ağırdır

Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın Ağdərə rayonu ərazisindəki Matagiz polkunda xidmət edən iki hərbçisi yaralanıb. Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri yazırlar.

Belə ki, “Laura “adlı Facebook istifadəçisinin qohumunun ağır yaralanması barədə xəbəri paylaşıb. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıblar. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

Erməni sosial şəbəkə istifadəçiləri hiddətlə bildirirlər ki, bu, son vaxtlar orduda baş vermiş çoxsaylı insidentlərdən biridir. Və belə fikirlər var ki, hərbçilərin ölməsi və yaralanması ilə bağlı insidentlər Ermənistan rəhbərliyinin, hərbi komandanlığın marağındadır. Çünki komandanlıq bu kimi insidentlərdə yaralanan, ölən əsgərlərin Azərbaycan tərəfdən vurulduğunu bildirməklə vəziyyəti gərginləşdirməyə çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...