Məhərrəmlikdə toyları dayandırmayan bölgələrimiz...
Dünya müsəlmanları sentyabrın 22-dən Məhərrəm ayını yaşayır, oktyabrın 1-i isə Aşuradır. Məhərrəm İslam dininə görə "haram" aylardan biridir. İslam hökmlərində bu ayda bir sıra əməllər, ö cümlədən şadyanalıq haram elan edilib.
Bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla olaylarıdır. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələrə günümüzdə də yas tutulur. Məhərrəm ayının 10-cu (Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə qətlə yetiriliblər.
Müsəlmanlar, xüsusilə də İslamın şiə təriqətindən olanlar uzun illərdir Məhərrəmlik ayında Kərbəla şəhidlərinə 40 gün yas saxlayırlar, toy-düyün və digər xeyir işləri təxirə salır, Aşura günü zəncir vurur, öz bədənlərindən qan çıxarırlar.
Azərbaycanda da həmçinin.
Lakin bununla yanaşı, ölkəmizdə məhərrəməlik ənənələrinə münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, vəfat edən şəxslərin xatirəsinə əbədi yas saxlamaq kimi hökm İslamın təməl fəlsəfəsində yoxdur və bunu uzun illərdir davam etdirmək dinlə də bir araya sığmır.
Eyni zamanda, bu ənənələri əsl İslama zidd hesab edənlər də az deyil.
Bu səbəbdən də Azərbaycanın elə bölgələri var ki, orada məhərrəmlik yasaqlarına ciddi şəkildə əməl olunmur. Bu, əsasən sünni məzhəbinə mənsub insanların yaşadığı bölgələrə xasdır.
"Qaynarinfo" bildirir ki, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a deyib ki, onun doğuluğu Qazax rayonu belə bölgələrdəndir.
"Uşaqlıqdan məndə məhərrəmlik haqqında anlayış olmayıb. Biz Bakıya gələnə qədər məhərrəmliyin nə olduğunu bilməmişik. Bildiyim qədər Qazaxın 2-3 kəndində məhərrəmlik adət-ənələrinə əməl olunur. Bütövlükdə götürsək, rayonun 90 faizində Məhərrəmlik mərasimləri keçirlmir. Qazaxda Məhərrəmlik dövründə də digər aylarda olduğu kimi, toy-nişan mərasimləri keçirilir. Oktyabr ayında məni Qazaxa bir neçə toya çağırıblar".
Bəzi məlumatlara görə, Zaqatala-Balakən, Şəki, Qusar bölgələrində də məhərrəmlik yasaqları ciddi önəm daşımır.
Bu bölgədən olan müsavatçı, bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyli deyib ki, Zaqatalada məhərrəmliyin digər adət-ənəənləri nəzərı alınmsa da, hörmət əlaməti olaraq toy mərasimləri keçirilmir:
"Məhərrəm ayında hörmət əlaməti olaraq Zaqatalada toy və şənliklər təxirə salınır. Zaqatala tolerantlıq baxımından seçilən bir bölgədir. İnsanlarda məzhəb ayrı-seçkiliyi yoxdur".
1000 dəfə oxundu