Akif Çovdarovu mühakimə edən hakimin səlahiyyət müddəti bitdi

Akif Çovdarovu mühakimə edən hakimin səlahiyyət müddəti bitdi

Bakı Hərbi Məhkəməsinin 5 hakimindən 3-nün səlahiyyət müddəti başa çatıb.

APA-nın xəbərinə görə, bunlar - məhkəmənin sədri Həbib Həsənov, hakimlər - Rafiq Quliyev və Müslüm Əliyevdir.
Bununla bağlı həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.

Hakimlərin səlahiyyət müddətinin uzadılacağı istisna olunmur.

Qeyd edək ki, H. Həsənov hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işini araşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...