Bir nazirlik, iki dövlət qurumu niyə Strateji Yol Xəritəsi üzrə heç bir iş görmür? Strateji Yol Xəritəsi

Bir nazirlik, iki dövlət qurumu niyə Strateji Yol Xəritəsi üzrə heç bir iş görmür?

"Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"ndə müəyyən edilmiş tədbirlərin 3%-i icra olunub, 45%-nin icrasına başlanılıb, 48%-nin icrasına isə ümumiyyətlə başlanılmayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan üzərindən ticarət həcminin artırılması üçün əlverişli

mühitin yaradılması üzrə tədbirlərin heç biri icra olunmayıb, 62%-nin icrasına başlanılıb, 38%-nin icrasına başlanılmayıb, tranzit ticarətindən daha yüksək dəyərin əldə edilməsi üzrə tədbirlərin 8%-i icra olunub, 50%-nin icrasına başlanılıb, 42%-i icra olunmayıb, logistika və ticarət sahəsində məqsədlərin gerçəkləşdirilməsi üçün mühüm hərəkətverici mexanizmlərin tətbiqi üzrə tədbirlərin 17%-i icra olunub, 86%-nin icrasına başlanılmayıb.

Əsas icraçı qurumların performansına gəlincə, heç bir qurum məsul olduğu tədbirlərin icrasını başa çatdırmayıb. Üstəlik, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azəravtoyol" ASC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hərəsi 1 tədbirə məsuldur) ümumiyyətlə tədbirlərin icrasına başlamayıblar.

Qurumların performansı fotoda detallı qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...