Bakıda məşhur bəstəkarın barelyefini oğurlayan tutuldu

Bakıda məşhur bəstəkarın barelyefini oğurlayan tutuldu

Bakıda daha bir məşhur şəxsin barelyefi yoxa çıxıb.

Report-un xəbərinə görə, paytaxtın Yasamal rayonunda Azərbaycanın incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin barelyefi naməlum şəxs və ya şəxsllər tərəfindən oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Qed edək ki, Q.Hüseynli məşhur “Cücələrim”, “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərin müəllifidir.

Xatırladaq ki, son günlərdə Bakıda bir neçə məşhur şəxsin barelyefi oğurlanıb. Ötən həftə DİN-in yaydığı məlumata görə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib. Nəticədə üç nəfər saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar. Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib.

***

Daxili İşlər Nazirliyin (DİN) ayrı-ayrı sutrukturlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

DİN-dən Kult.az-a verilən məlumata görə, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...