"Bakıda qışda havanın temperaturunun 0 dərəcədən aşağı düşdüyü günlərin sayı azalıb"

"Bakıda qışda havanın temperaturunun 0 dərəcədən aşağı düşdüyü günlərin sayı azalıb"

Son onilliklərdə Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun “İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva deyib.

“Abşeron yarımadasında soyuq hava dalğalarının tədqiqi və əhali üçün risklər “ mövzusunda aparılan tədqiqat işi nəticəsində məlum olub ki, Bakıda 1991-2014-cü illərin qış aylarında havanın orta minimum temperaturu 1961-1990-cı illərlə müqayisədə dekabr ayında 0,4 dərəcə aşağı olub, yanvar ayında 0,2 dərəcə yüksəlib, fevral ayında isə cüzi azalma (-0,1 dərəcə) qeydə alınıb. U. Tağıyeva bildirib ki, qış aylarında mütləq minimum temperatur dekabr və fevral ayları üçün təzələnib. Belə ki, dekabr üçün 1964-cü ildə rekord göstərici olan -4,6 dərəcə şaxta 1997-ci ildə -5,5 dərəcə şaxta ilə yenilənib: “Fevral ayı üçün isə 1969-cu ildə qeydə alınan -9,6 dərəcə şaxta rekord göstərici 2012-ci ildə yenilənib və mənfi 11,0 dərəcə təşkil edib. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslində ən çox mənfi minimum temperaturlar fevral ayında qeydə alınır. Belə ki, 1961-2014-cü il aylar üzrə mənfi minimal temperaturların paylanması fevralda 44%, yanvarda 42%, dekabrda isə 14% təşkil edib. Ümumiyyətlə, Bakıda qış fəslində havanın temperaturunun 0 dərəcədən aşağı olduğu günlərin orta sayının azalması müşahidə edilir. Belə ki, qış fəslində şaxtalı günlərin orta sayı 1961-1990-cı illərdə 13,4 olubsa, 1991-2014-ci ildə bu rəqəm 12,4-ə düşüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...