İspan nəşri "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi - FOTO

İspan nəşri "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi -

İspaniyanın məşhur idman nəşri Mundo Deportivo "Qarabağ"la bağlı səhvini düzəldib.

Virtualaz.org xatırladır ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırmışdı.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazmışdı.
İspan nəşri "Qarabağ"la bağlı "erməni” səhvini düzəltdi -

Azərbaycandan çoxsaylı şikayətlərdən sonra nəşr "erməni" sözünü mətndən çıxarıb və səhvini düzəldib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...