Aİ rəsmiləri Bakıya danışıqlara gəlir - Sazişin detalları müzakirə olunacaq

Aİ rəsmiləri Bakıya danışıqlara gəlir -

“Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin növbəti müzakirə mərhələsi noyabrın əvvəllərində Bakıda keçiriləcək”.

Bunu AzVision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbərinin birinci müşaviri, siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri Denis Denilidis bildirib.

Aİ rəsmisinin sözlərinə görə, tərəflərin görüşü zamanı sazişin bütün detallarına dair intensiv danışıqlar aparılacaq.

Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" Proqramının icrasına 2009-cu ildə başlanılıb. Onun təşəbbüskarları Polşa və İsveç olub. V Şərq Tərəfdaşlığı sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...