Qusar rayonunda traktor yığılacaq

Qusar rayonunda traktor yığılacaq


Azərbaycanın ixrac imkanlarının, ölkədəki investisiya mühitinin təbliği məqsədi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən Macarıstan, Almaniya, Ukrayna, Rusiya, Belarus, Bəhreyn, BƏƏ kimi ölkələrə səfərlər həyata keçirilib, Cənubi Koreya, Yaponiya, Belarus, Türkiyə, Macarıstan və s. ölkələrin diplomatik korpusu nun nüməyəndələri ilə müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.

Onun sözlərinə görə, artıq italiyan investorlarının vəsaiti hesabına Zirə qəsəbəsində istixana kompleksinin tikilməsində birgə əməkdaşlıq barədə memorandum imzalanıb: “Bunun nəticəsi olaraq 21 hektar ərazidə müasir tipli istixanaların tikilməsi üçün birgə müəssisə yaradılıb, yaxın aylarda müəssisə tərəfindən istixanaların tikintisinə başlanılması nəzərdə tutulur. Birgə müəssisənin nizamnamə kapitalında səhmdar cəmiyyətin payı 51%, qarşı tərəfin payı 49% təşkil edir. Azərbaycna tərəfi öz növbəsində torpaq sahəsinin ayırlması, kommunikasiya xətlərinin çəkilməsi, investisiya təşviqi sənədinin alınması kimi işləri öz öhdəsinə götürüb”.

Bundan başqa, Ə.Qocayev qeyd edib ki, rəhbərlik etdiyi qurumun Çinin “YTO” korporasiyası və “Aqrofun” MMC ilə imzaladığı müqaviləyə əsasən, Qusar rayonunda ildə 800 ədəd orta ölçülü traktorların yığılması barədə razılıq əldə edilib. Layinin dəyəri 10 mln. ABŞ dollarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...