Yağ nə qədər ucuzlaşacaq? - Ekspertdən açıqlama
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılması nəticəsində qiymətlər 1-2 manat həcmində ucuzlaşacaq.
Bu barədə “Qafqazinfo”ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, idxal mallarının bəzilərində, o cümlədən kərə yağında gömrük rüsumlarının azaldılması təkliflərini bir müddətdir ki, mətbuatda səsləndirilib:
“Nəhayət ki, belə bir qərar qəbul olundu. Rüsum qiymətlərinin 3 dəfə azaldılması qiymətlərə 1- 2 manat civarında təsir göstərəcək. Yəni, məsələn, kilosu 18 manat olan yağın qiymətinin 1-2 manat arası ucuzlaşması gözlənilir. Bu da qiymət həcminin ümumi dəyərinin 10 faiz həcmində ucuzlaşması deməkdir. Ucuzlaşma prosesini dekabr ayından görə biləcəyik. Əvvəl sahibkarlar ümumi dəyərin 15 faizi həcmində gömruk rüsumu verirdisə, indi 5 faiz həcmində gömruk rüsumu verəcəklər.
Rüsumların azaldılmasının qiymətlərə böyük təsirləri olmasa da, az da olsa qiymətlərə təsir edəcək. Ən azından kərə yağının qiyməti bundan sonra sürətlə qalxmayacaq”.
957 dəfə oxundu