Qazın qiyməti bahalaşacaq? - “Azəriqaz"dan açıqlama

Qazın qiyməti bahalaşacaq? -

Bu gün Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov gələn il su və işığın qiymətinin artmayacağını bildirib.

Nazir deyib ki, taariflərin artımı birbaşa əhalinin maddi güzəranına təsir edir. Maliyyə naziri su və işığın qiymətindan danışsa da, mavi yanacağın qiyməti barədə bir söz deməyib.

Bəs qazın tarifi ilə bağlı dəyişiklik olacaqmı?

“Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev AzVision.az-a bildirib ki, mavi yanacağın qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Onun sözlərinə görə, qiymət artımı hazırda gündəmdə yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...