Nərimanov rayonunda Dövlət Bayrağı günü - FOTOLAR

Nərimanov rayonunda Dövlət Bayrağı günü -

Nərimanov rayonunda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Nərimanov rayonunda Məktəb-Lisey Kompleksində Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunduğunu, 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəz edildiyini qeyd etmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunduğunu bildirmişdir.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.

Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edilmişdir ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Sonra tədbirdə kompleksin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


Nərimanov rayonunda Dövlət Bayrağı günü -
Nərimanov rayonunda Dövlət Bayrağı günü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...