"Azpetrol"un rəhbəri benzinin qiyməti ilə proqnozunu açıqlayıb

"Azpetrol"un rəhbəri benzinin qiyməti ilə proqnozunu açıqlayıb

"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.

"APA-Economics"in xəbərinə görə, "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov qeyd edib ki, Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

"Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.

"İstənilən halda biz ticarət marjamızı aşağı salmağa çalışırıq ki, yanacaq istehlakçılarımız üçün daha əlçatan olsun", - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...