Sabirabadda vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi seminarı
13 noyabr 2017-ci il tarixdə Sabirabad rayonu Gənclər Mərkəzində “Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi” adlı seminar keçirilib.
Seminarı giriş və salamlama nitqilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları təqdim etmişdir.
Sonra seminarda MDB PAA Şurası Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydin Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elçin Quliyev, MDB PAA Şurası Katibliyi rəhbərinin müavini, MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Direktoru Dmitriy Georgiyeviç Qladey, MDB PAA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının Direktoru Elman İmaməliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasından və bu gün QHT-lərin vətəndaş cəmiyyətində rolundan danışmışlar.
Tədbirin ikinci hissəsində aparılan müzakirələrdə Sabirabad rayon məhkəməsinin sədri Füzuli Pənahov, Professor, Tarix elmləri doktoru Şikar Qasımov, ekspert, professor Sübhan Namazov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad şəhəri 64 saylı dairə seçki komissiyasının sədri Şükür İmanov, Sabirabadrayonbələdiyyəsi sədrinin müavini Zakir Əskərov fəal iştirak etmiş və çıxış etmişlər.
895 dəfə oxundu