"Son 25 ildə Azərbaycan əhalisinin sayı təxminən 40 faiz artıb" - Baş nazirin müavini

"Son 25 ildə Azərbaycan əhalisinin sayı təxminən 40 faiz artıb" -

"Uşaqlar Azərbaycan cəmiyyətinin ən ali dəyəridir".
"Report" xəbər verir ki, bunu Azərbaycan­ Uşaqlarının IV Ümumr­espublika Forumunda baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, bu dövlət uşaq siyasətinin təməlini təşkil edir: "Azərbaycanın son 25 ildə əhalisi təxminən 40 faiz artıb, bu o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub".

Ə.Əhmədov qeyd edib ki, bir neçə aydan sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq: "Bütün bunlar dövlətin üzərinə yeni qayğılar qoyur, uşaqla bağlı qayğılar Azərbaycan dövləti üçün şərəfli işdir. Biz vətəndaşlarımızın sayının artmasını, ölkəmizin gücünün və qüdrətinin artmasını vacib amil hesab edirik. Azərbaycan cəmiyyəti həm sayca artmalı, həm də ölkəmizin potensialını müəyyənləşdirən digər parametrlərə malik olmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...