Bakıda 83 uşaq tibb müəssisələrindən kənarda doğulub
“2017-ci ilin ilk 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 567 680-dan artıq ümumi müraciət daxil olub”.
AzVision.az xəbər verir ki, bunu Stansiyanın baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, müraciət edənlərin 52 965-dan çoxu xəstəxanalara yerləşdirilib.
“Uşaqlar üçün edilən çağırışların sayı 65300 olub. Onlardan 10480 dən artığı xəstəxanalara yerləşdirilib. Ürək, qan-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 123 375, hospitalizasiya 10 287, miokard infarktı ilə müraciətlərin sayı 697, hospitalizasiya 657-yə yaxın, insultla müraciətlətin sayı 3 100, hospitalizasiya 2 772, doğuşla bağlı müraciətlərin sayı 2 573, hospitalizasiya 2561, zədələnmələrin sayı 17 250, hospitalizasiya 10 734, avtoqəza zamanı xəsarət alanların sayı 1 937, hospitalizasiya 1691 nəfər olub. Bu il keçən illə müqayisədə artım qeydə alınıb”.
O, qeyd edib ki, tibb müəssisələrindən kənarda doğuşların sayı 83 olub ki, onların da hamısı hospitalizasiya olunub: “Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalar məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 20 893-dür. Bunlardan da 2 926-sı uşaqlardır. Hospitalizasiya 1 915 nəfər təşkil edib. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13 962 nəfər təşkil edib”.
897 dəfə oxundu