“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” - Faiq Ağayev

“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” -
Xalq artisti Faiq Ağayev Xəzər televiziyasında mərhum müğənni Rəhim Rəhimlinin ölümündən danışıb.

Gundeminfo.az xəbər verir ki, Faiq Ağayev ifaçının dəfnində ona pislik edən insanların iştirak etdiyini deyib: "Dünyasını dəyişmədən bir ay öncə görmüşdüm, vəziyyəti ağır idi. Soruşdum ki, müalicə alırsanmı? Dedi ki, hə dostum, hər şey düzələcək. O hər kəsdən gizlədirdi. Təbii ki, Rəhimin ölümünə çökdüm. Mən bilmirəm nə qədər yerinə düşər, amma dəfnində ona pislik edən insanları gördüm. Onlar özlərini ürəkləri yanmış kimi aparırdılar. Bəlkə tamaşçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar kimin kim olduğunu bilirlər".

Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmadan vəfat edib./Teleqraf



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...