Həmyerlilərini döyən ana və oğluna elektron qolbaq taxıldı
Tovuz Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nihad Məhərrəmov və onun anası Nazxanım Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nofəl Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bu hökmdən zərərçəkmiş Vüsalə Abbasova apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını, işin ibtidai istintaqa geri qaytarılmasını, bu mümkün olmadıqda təqsirləndirilən şəxslərin barəsində göstərilən maddədə ən ağır cəzanın seçilməsini istəyib.
İttihama görə, hadisə 2019-cu ildə, saat 17 radələrində Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində qeydə alınıb.
Belə ki, Nihad Məhərrəmov yaşadığı dalanda anası Nazxanım Məmmədova ilə birlikdə bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan Vüsalə Abbasova aralarında mübahisə edib. Nəticədə onlar Vüsalə Abbasovanı vuraraq qadına xəsarət yetiriblər.
Daha sonra zərərçəkmişin şikayəti əsasənda ana və oğlu saxlanılıb və barələrində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
448 dəfə oxundu