Azadlığa çıxan nazir: “Rəis çağırıb deyəndə şoka düşdüm”
Xəbər verdiyimiz kimi Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Onun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb.
Məsələ ilə bağlı manset.az-a açıqlama verən sabiq nazir deyilənlərin yalan olduğunu bildirib. O, azadlığa çıxması haqda da danışıb.
“Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb sizi azadlığa buraxırıq deyəndə, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam. Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam. Allah dövlətimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Var olsun, sağ olsun, cənab Prezidentimiz”, deyə Vəli Ələsgərov bildirib.
Qeyd edək ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barəsində apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
593 dəfə oxundu