“Təcili olaraq “WhatsApp”ı yeniləyin” - Ekspertdən XƏBƏRDARLIQ

“Təcili olaraq “WhatsApp”ı yeniləyin” -
"Təcili olaraq həm iOS-da həm Android-də "WhatsApp"ı yeniləyin!".

Yenisabah.az xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas xəbərdarlıq edib.

O bildirib ki, köhnə versiyalarda olan bir boşluqla hakerlər smartfonun idarəsini ələ ala bilir:

"Yəni, sizə bir video göndərilir və o video ilə bütün smartfonun idarəsi keçir qarşı tərəfə. Ümumiyyətlə, məşhur "Pegasus" hadisələrində də "WhatsApp"ın bu boşluğu gündəmdə idi. "WhatsApp" son aylarda təhlükəsizliyi təmin edə bilmir. Meta başını "metaverse" mözularından biraz açsa, istifadəçilərin təhlükəsizliyini də qoruyardı".

Ekspert, həmçinin "WhatsApp Premium"un da gələcəyini xatırladıb: "WhatsApp"da pullu xidmətlər olacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...