"Düşmənin bütün planları bir gün əvvəl ələ keçirilən xəritədən çözülmüşdü" - VİDEO

"Düşmənin bütün planları bir gün əvvəl ələ keçirilən xəritədən çözülmüşdü" -
2020-ci il oktyabrın 17-i gecə saatlarında Ermənistan ordusunun Gəncəyə atdığı ballistik raket nəticəsində 15 dinc sakin həlak oldu, 79 nəfər yaralandı, binalar, fərdi evlər dağıldı.Heç bir hərbi hədəfin olmadığı əraziyə bu cür dağıdıcı raketin atılması müharibə cinayətidir.

Daha sonra Ermənistan ordusunun raketləri Mingəçevirə tuşlandı. Ermənistan müharibə cinayətləri törətməyi məğlubiyyətdən çıxış yolu kimi görürdü.

Xezerxeber.az-ın məlumatına görə, rəşadətli Azərbaycan ordusu isə Ermənistan ordusunun cavabını döyüş meydandında verirdi. Cəbrayıl istiqamətində hava hücumundan müdafiə qüvvələrinin qurduğu pusqu öz real nəticəsini verdi.

Müharibənin 21-ci günündə gərgin döyüşlərin getdiyi Füzulidən düşmən birdəfəlik qovulur. Füzulidə elə bir unikal əməliyyat icra olunur ki, düşmən bu gün də hərbi rəhbərliyini bu əməliyyata görə cinayətdə ittiham edir.

1 gün içərisində Füzulidə nəyin baş veridyini anlamayan düşmən 300-ə yaxın hərbçisini yenidən ora göndərir. Onlar anlamırdılar ki, düşmənin bütün planları bir gün əvvəl ələ keçirilən xəritədən çözülmüşdü. Buna görə təminat yolunda qurulan pusqu ilə xüsusi təyinatlılarımız düşmənin əlavə dəstəyə gələn bütün qüvvələrini məhv edirlər. Bununla da Füzuliyə bir daha düşmən ayaq basmağa cəhd edə bilmir.

Daha ətraflı videomaterialı təqdim edirik:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...