Zelenski Qazaxıstandakı səfiri istefaya göndərdi

Zelenski Qazaxıstandakı səfiri istefaya göndərdi

Volodimir Zelenskinin fərmanı ilə 2020-ci ildən Ukraynanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olan Petro Vrublevski tutduğu vəzifədən azad edilib.

KONKRET.az “Zakon.kz”a istinadən xəbər verir ki, səfirin rusların öldürülməsi ilə bağlı açıqlaması diplomatik qalmaqala səbəb olub.

“Vrublevski Petro Yuryeviç Ukraynanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – Zelenskinin sərəncamında deyilir.

Qeyd edək ki, avqust ayında Vrublevskinin qazaxıstanlı bloqqer Dias Kuzairovla müsahibəsi dərc olunub. Diplomat müsahibəsində deyib ki, Ukrayna tərəfi indi mümkün qədər çox rusu öldürməyə çalışır ki, sonrakı nəsilləri bununla məşğul olmasın.

Avqustun 23-də Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Vrublevski ilə görüşüb və ona etirazını bildirib. Səfir sözlərinə görə üzr istəyib və sentyabrın 8-də Qazaxıstanı tərk edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
479 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...