İcra başçısı şəhidin ailəsini ziyarət etdi

İcra başçısı şəhidin ailəsini ziyarət etdi
İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədov Elşən Dağıstan oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə maraqlanıb.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Məmmədov Elşən Dağıstan oğlu 1996-ci ilin fevral ayının 6-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub, 44 günlük Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Azərbaycan Respyblikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...