Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir -
Mayın 20-si saat 19:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astarada arabir yağış, Şahdağda isə qar yağır.

Yağan leysan yağışlar nəticəsində saat 19:00 radələrindən Ağsu rayonu ərazisindən axan Ağsuçaydan sel keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...