Nazim Quliyev yenidən həbsdə - 2 nəfərə...

Nazim Quliyev yenidən həbsdə -
Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Musavat.com xəbər verir ki, Nazim Quliyev 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. O, bu ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

İttiham təsdiq olunarsa, onu 12 illik həbs cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...