Ərdoğan 18 il sonra CHP-nin Baş qərargahında – VİDEO

Ərdoğan 18 il sonra CHP-nin Baş qərargahında –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, onu burada CHP sədri Özgür Özel qarşılayıb.
Bildirilir ki, Prezident və partiya lideri görüş keçirəcəklər.
Qeyd edək ki, Ərdoğanla Özgür Özel arasında ilk görüş mayın 2-də Ədalət və İnkişaf Partiyasının (AKP) Baş qərargahında baş tutub.
Xatırladaq ki, Ərdoğan sonuncu dəfə 2006-cı ildə, Baş nazir olarkən CHP-nin Baş qərargahını ziyarət etmiş və ovaxtkı sədr Deniz Baykalla görüşmüşdü.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...