Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? - "Sonuncu seçkimdir"

Sərdar Cəlaloğlu niyə Naxçıvanı seçdi? -
"Bu, mənim seçki prosesində sonuncu iştirakımdır. Bundan sonra seçkiyə qatılmayacağam".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, bu günə kimi dəfələrlə seçki prosesində iştirak etdiyini xatırladıb:

"Namizədliyimi müxtəlif dairələrdən irəli sürmüşəm. İndi isə istəyirəm ki, Naxçıvanın problemlərini, onların dərd-sərini öyrənim, həm də belə hesab edirəm ki, mümkün qədər Naxçıvana daha çox diqqət ayırmalıyıq. Məzahir Pənahov da dedi ki, Naxçıvandakı seçki dairələrinə çox diqqət ayırmaq lazımdır. Naxçıvan önəmli seçki dairəsidir. Ona görə də seçkiyə oradan qatılıram".

Sərdar Cəlaloğlu seçkidə qələbə qazanacağına ümid etdiyini vurğulayıb:

"Mənə səs verəcəklər. Biz seçkiyə gedirik, dövlət çevirilişi etmirik ki. Seçkinin nəticələri məni o qədər də maraqlandırmır".

"Artıq iki partiya sədri, yəni sizdən əvvəl də REAL Partiyasının sədri İlqar Məmmədov da sonuncu dəfə seçkidə iştirak edəcəyini açıqlayıb. Bunu necə başa düşək" sualına Sərdar Cəlaloğlunun cavabı belə olub:

"Əslində, mən bu seçkidə də iştirak etmək fikrim yox idi. Sadəcə, düşündüm ki, bu seçkiyə qatılmasam, partiya üzvlərində ümidsizlik yaranacaq. Ona görə düşündüm ki, seçkiyə qatılım".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...