“Gülcü zəlzələ ilə bağlı dəmiryolunda yoxlamalar başlayıb”
“Gülcü zəlzələ ilə bağlı dəmiryolunda yoxlamalar başlayıb”.
“Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat katibi Nadir Əzməmmədovun AzVision.az - a verdiyi məlumata görə, bütün stansiyaların sahələrinə baxış keçirilir:
“Zəlzələ və bu kimi hadisələr olandan sonra dəmiryolu xəttlərində genişlənmə olur. Hazırda yol təsərrüfatında enerji təchizatı, siqnallar və yollar yoxlanılır. Hələ ki, bizdə belə bir şey qeydə alınmayıb. Hərəkətdə də heç bir ləngimə olmayıb”.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, Zaqataladakı zəlzələ hava limanının iş qrafikinə heç bir təsir etməyib: “Həmin hava limanında hərəkət intensiv olmadığından onun iş qrafikinə heç bir təsir etməyib. Bir neçə saniyəlik proses olduğundan heç bir problem olmayıb. Reyslərin heç birində də gecikmələr olmayıb. Ümumiyyətlə Qəbələdəki hava limanının işində də heç bir problem yaranmayıb”-deyə QSC rəsmisi bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub.
313 dəfə oxundu