Havanın hərarəti 40 dərəcəyə yaxınlaşacaq - Azərbaycanda

Havanın hərarəti 40 dərəcəyə yaxınlaşacaq -


Sentyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...