Rusiyada ermənilər azərbaycanlı gənci öldürdü - FOTOLAR

Rusiyada ermənilər azərbaycanlı gənci öldürdü -


Ölənin əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu olduğu deyilir. Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

ANS PRESS-in məlumatına görə, gecə radələrində Volqoqrad şəhərində yerləşən "Bariton" karaoke-barında müştərilər arasında mübahisə düşüb. Xarici KİV-lər xəbər verir ki, mübahisə millətlərarası münaqışəyə görə olub və azı on nəfər bu davada iştirak edib. Nəticədə bar sahibinin oğlu ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfəri yaralayıb.
Rusiyada ermənilər azərbaycanlı gənci öldürdü -

Hadisənin şahidi Vadimin sözlərinə görə, barda nəyisə bölüşə bilməyən gənclər arasında söz-söhbət düşüb. Getdikcə böyüyən söhbət sonda dava ilə nəticələnib. Bunu görən barın sahibinin oğlu, milliyyətcə erməni olan gənc tüfəngə əl ataraq, bir nəfərə atəş açıb. Yaralanan oğlanın dostları onu dərhal xəstəxanaya çatdırmağa çalışıblar.
Rusiyada ermənilər azərbaycanlı gənci öldürdü -

Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ölən gəncin əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu olduğu bildirilir. O, boynundan aldığı güllə yarasından dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...