Ağdam və Mingəçevir cəbhəçiləri Razi Nurullayevə qoşuldu

Ağdam və Mingəçevir cəbhəçiləri Razi Nurullayevə qoşuldu


AXCP Ağdam şöbəsinin ümumi yığıncağı keçirilib.

GUNDEMİNFO.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, yığıncaqda AXCP-də cərəyan edən son proseslər müzakirə edilib. Sonra təşkilati məsələlərə baxılıb və AXCP Ağdam şöbəsi yenidən bərpa olunub.

AXCP Etimad Qurultayı TK-nın üzvü Səbuhi Əliyev konfrans iştirakçılarına Razi Nurullayevin rəhbərliyi altında formalaşdırılacaq AXCP-nin prioritetləri, görüləcək işlər barədə məlumat verib. Qeyd edib ki, yenidən qurulacaq partiyada despot idarəçiliyə yer olmayacaq, hər kəs bərabər hüquqlara, söz və fikir azadlığına sahib olacaq. Konfrans çərçivəsində keçirilən səsvermədə Cahangir Kərimov sədr, Mirkənan Məcidli isə Ali Məclisin üzvü seçilib. Qurultayda iştirak edəcək nümayəndələr müəyyənləşdirilib.

Mingəçevir cəbhəçiləri də Razi Nurullayevin ətrafında birləşdiklərini bəyan ediblər. Belə ki, Mingəçevirdə AXCP rayon şöbəsinin konfransında AXCP-nin yenidən formalaşdırılması, fəaliyyət istiqamətləri və partiyanın Əli Kərimlinin sədrliyi altında tənəzzülə doğru getməsi ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları bildiriblər ki, partiyada baş verən proseslərə etiraz edir, Razi Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyirlər.

AXCP Etimad Qurultayı TK-nın üzvü Ehtiram Mehdiyev çıxışında qeyd edib ki, Razi Nurullayevin yürütdüyü siyasət AXCP daxilində daim kölgədə qalan gənclərin həyatı və gələcək siyasi kariyerası üçün uğurlu olacaq, nəticədə daha güclü partiya formalaşdırılacaq. 40 nəfərin iştirak etdiyi konfransda Könul Məmmədova Mingəçevir şöbəsinin sədri, Tural Qəhrəmanov Məclis üzvü, Vidadi Qəhrəmanov, Elvin Əjbərli, Elçin Qocayev, Kamran Rəhimli isə qurultay nümayəndəsi seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...